Yunanıstanın Krit adasında 4000 illik labirint aşkar edilib
Minos sivilizasiyası tərəfindən inşa edildiyi düşünülən quruluşun ayinlər üçün istifadə olunduğu təxmin edilir. Yeni tapılan struktur Tunc dövrünə aid Minos sivilizasiyasının digər strukturlarına bənzəmir.
Qeyd edək ki, Kritin inzibati mərkəzi Herakliondan təxminən 50 kilometr cənub-şərqdə böyük bir hava limanının tikintisinə hazırlaşarkən daş tikilinin qalıqları aşkar edilib. Papura təpəsinin zirvəsində 1800 kvadratmetr sahəyə yayılan labirint kimi quruluşun eramızdan əvvəl 2 min ilə 1700-cü illər arasında istifadə edildiyi düşünülür.
Eramızdan əvvəl 3 min ildən eramızdan əvvəl 1100-cü ilə qədər Kritdə yaşamış Mino sivilizasiyasına aid edilən quruluş bir-birinə bitişik 8 divardan ibarətdir. Labirint daxili hissəsi bir-birinə bağlanan kiçik sahələrə bölünür. Diametri 48 metr olan və hələ də dayanan binanın ən hündür divarının uzunluğu 1,7 metrdir.
Yunanıstan Mədəniyyət Nazirliyi verdiyi açıqlamada, labirintdən yaşayış sahəsi kimi deyil, sosial məqsədlər üçün istifadə edildiyini təxmin etdiklərini söyləyib.
Çoxsayda heyvan sümükləri tapıldığına görə mütəxəssislər hesab edirlər ki, bura çox güman ki, mərasimlərin keçirildiyi, qurbanların kəsildiyi və ziyafətlərin keçirildiyi mərasim yeri olub.
Təxmin edilir ki, labirint regionun ilk real sivilizasiyası sayılan Minos Sivilizasiyasının ilk strukturlarından biridir. Digər tərəfdən kvadrat və ya düzbucaqlı binalara daha çox sivilizasiyanın paytaxtı Knossos kimi yerlərdə rast gəlinsə də, bunun dairəvi olması diqqət çəkir.
Nazirlik dairənin daha çox Mino sivilizasiyasının məzarlarında rast gəlinən forma olduğunu bildirir.Quruluşun ölçülərini və məqsədini daha yaxşı başa düşmək üçün araşdırılmanın aparılması planlaşdırılarkən, hava limanının tikintisinin davam etdiriləcəyi bildirilib.
Mədəniyyət naziri Lina Mendoni bölgədə qurulması planlaşdırılan radar bazası üçün başqa bir yer ayrılacağını və labirint qalıqlarının qorunub saxlanacağını açıqlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...