Yunanıstanın gizli təbiət möcüzəsi-Edessa şəlalələri
Yunanıstanın Vodina şəhərində yerləşən və 14-cü əsrdə bölgədə baş verən şiddətli zəlzələdən sonra yaranan Edessa şəlalələri həm tarixi, həm də təbiiliyi ilə diqqət çəkir. Bu şəlalələrin əsas mənbəyi Aqra-Nissiou bataqlığıdır. Şəlalələr 100 000 m²-dən böyük ərazi və qayanın üzərindəki 1,1 km uzunluğundakı cığır boyu tökülür.
Şəlalələr Edessa şəhərini ziyarət edənləri əsas cəlb edən obyektdir. Bölgədə on iki şəlalə var ki, bunlardan dördü asanlıqla görünür.
Şəlalələrin yerləşdiyi parka gedən yollara şəhərin düzənliyindən Qədim Edessaya qədər uzanan daş döşənmiş yol daxildir. Bu keçid 20-ci əsrin əvvəllərinə qədər Qədim Edessa, Edessa Akropolu və Selanikini birləşdirən qədim yolun bir hissəsi olmuşdur.[
Təxminən 70 metr hündürlükdən düşən su güclü axını ilə aşağıda olan qayaları aşır və möhtəşəm mənzərə yaradır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...