22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yunanıstanda turistlər üçün iqlim dəyişikliyinə qarşı dayanıqlığa görə vergi tətbiq olunacaq

09-01-2024

Güclü meşə yanğınları və daşqınlardan sonra bərpa ilə bağlı təşəbbüsləri dəstəkləmək məqsədilə Yunanıstan hökuməti cari ilin yanvar ayından qüvvəyə minən yeni mənzil vergisi tətbiq edib.

Fhnews.az xəbər verir ki, bu barədə yunan mətbuatına istinadla xəbər verir.

“İqlim dəyişikliyinə qarşı dayanıqlıq vergisi” ölkəyə gələrək oteldə qalmaq üçün ödəniş etməli olan turistlər üçün nəzərdə tutulub. O yalnız mart ayından oktyabr ayına qədər davam edən turist mövsümünün ən pik vaxtında tutulacaq. Vergi dərəcələri bir gecəyə 1 avrodan 4 avroya qədər dəyişir, üstəlik ödənişin miqdarı mənzilin reytinqindən asılıdır.

Qeyd edək ki, bu vergilər istirahət üçün turist operatorları və agentləri tərəfindən təqdim edilmiş qiymətlərə daxil edilməyib. Səyahətçilər onları otellərdə yerli valyuta ilə ödəməli olacaqlar.

Paylaş: