22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yunanıstanda Qərbi Nil virusu həyəcanı

26-09-2024
IMG

Yunanıstanda son bir həftədə Qərbi Nil virusu səbəbiylə 3 nəfər ölüb. Xəstəliklərin daha çox Larisa, Lefkada, Preveza, Halkidiki, Pella, Pieria, Serres, Rodop, Drama, Meriç, Ksanti, Kavala, Taşos və Afinada müşahidə edildiyi bildirilib. Yunanıstan Milli Xalq Sağlamlığı Qurumunun verdiyi açıqlamada, son bir həftədə ölkədə 12 yeni Qərbi Nil virusuna yoluxma faktının aşkarlandığı qeyd edilib.

Açıqlamada ilin əvvəlindən bu yana ölkədə aşkarlanan Qərbi Nil virusuna yoluxma sayının 192-yə yüksəldiyi, yoluxmalarda artım ola biləcəyi bildirilib.

Xəstəlik birbaşa insandan insana keçmir. Virus ağcaqanad dişləməsi ilə insanlara keçən viral xəstəlikdir.
Qərbi Nil Virus İnfeksiyasının inkubasiya dövrü 3-14 gündür. Xəstəliyin simptomları atəş, baş ağrısı, zəiflik, əzələ ağrıları, ürəkbulanma, qusma, qarın ağrısı və ishal, dəri döküntüsü, əzələ titrəməsi və konvulsiyalar, yuxululuq, komadır. Virus nadir hallarda ölümlə nəticələnə bilər.

Paylaş: