Yunanıstanda yanğın təhlükəsi xəbərdarlığı
Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi ölkənin bir neçə bölgəsini yüksək yanğın riski olan 3-cü kateqoriyaya daxil edib.
Nazirlikdən verilən açıqlamaya görə, paytaxt Afina da daxil olmaqla, Attika, Krit, Euboea və Peloponnes yanğın riski yüksək olan bölgələr arasında yer alıb.Açıqlamada Qərbi Trakiyanın yanğın ehtimalı çox yüksək olduğuna görə 4-cü kateqoriyaya daxil edildiyi, meşəlik ərazilərə yaxın olan vətəndaşlara yanğına səbəb ola biləcək davranışlardan çəkinmələri və diqqətli olmaları ilə bağlı xəbərdarlıq edildiyi bildirilib. Digər tərəfdən Qərbi Trakyada dünən və bu gün türklərin yaşadığı Yəhyabəyli və Koyunköy yaxınlığındakı meşə sahələrində baş verən yanğınlara havadan və qurudan müdaxilə edildiyi və nəzarət altına alındığı bildirilib.
Bu gün günorta saatlarında Saloniki yaxınlığında baş verən meşə yanğınının söndürülməsi isə davam edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...