Yunanıstanda 68 yerdə meşə yanğını baş verib
Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias dünən 68 yerdə meşə yanğınlarının baş verdiyini açıqlayıb.O, sosial şəbəkədə etdiyi paylaşımda bunları yazıb : "Uzun sürən istilər və quraqlıq yanğınsöndürənlərin işini çətinləşdirir. Dünən ölkə daxilində 68 yerdə meşə yanğınları baş verib".
Bu gün isə ölkənin bəzi bölgələrində qızmar istilərin yüksək yanğın riski yaratması səbəbi ilə "narıncı həyəcan" verilib.
Vasilis Kikilias Afina, Argolida, Euboea və Viotia bölgələrində müşahidə uçuşları həyata keçirəcəyini ifadə edərək, bu bölgələrdə meşə yanğınları ilə mübarizə üçün hazırlanan Fövqəladə Hallar Planının qüvvəyə mindiyini açıqlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...