Yunanıstanda muzeylərin özəlləşdirilməsinə qarşı xəbərdarlıq tətili keçirilib
Yunanıstan Qədim Əsərlərin Mühafizəsi İttifaqı Mədəniyyət Nazirliyinin muzeyləri özəlləşdirmə siyasətinə etiraz olaraq bütün ölkə ərazisində 4 saatlıq xəbərdarlıq tətili keçirib. Belə ki, İttifaq Mədəniyyət Nazirliyinin özəl şirkətlərə tarixi və mədəniyyət obyektlərinə elektron bilet satışına icazə verilməsi ilə bağlı qərarı ilə razılaşmadığını bildirib. İttifaq üzvləri öz bəyanatlarında vurğulayıblar ki, Mədəniyyət Nazirliyinin bu qərarı Akropol və digər arxeoloji obyektlərin təhlükəsizliyində ciddi “boşluqlar” yaradır.
Xəbərdarlıq tətili zamanı Yunanıstanın hər yerində, xüsusən də Afina Akropolunda mədəniyyət obyektləri bağlanıb.
Qeyd edək ki, Afina Akropolu hər il 3 milyondan çox insanın ziyarət etdiyi Yunanıstan paytaxtının əsas arxeoloji abidəsidir. Burada eramızdan əvvəl 447-438-ci illərdə tikilmiş qədim Parfenon məbədi yerləşir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...