22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yunanıstanda koronavirus faktları artıb

12-07-2024
IMG

Yunanıstanda Covid-19 səbəbiylə ölüm halları artdıqca, yaşlılara və risk qruplarına diqqətli olmaları barədə xəbərdarlıq edilib. Yunanıstanın Milli İctimai Səhiyyə Agentliyi yaşlıları və risk qruplarını xəstəliyə qarşı diqqətli olmaları və ölkədə artan Covid-19 virusuna qarşı lazımi tədbirlər görmələri barədə xəbərdarlıq edib.

Son 7 gündə Covid-19 səbəbiylə 21 nəfərin öldüyü, iyulun ilk həftəsində bu xəstəliyə yoluxan 575 nəfərin xəstəxanalarda müalicə olunduğu bildirilib.

Hazırda virusun daha aktiv olması səbəbindən xəstəxanaya yerləşdirilən xəstələrin sayı artıb. Yaşlılara və risk qruplarına tənəffüs yolu infeksiyalarına qarşı diqqətli olmaları tövsiyə edilib.

Paylaş: