Yunanıstanda həkimlərin etiraz aksiyası
Yunanıstanda ölkə daxilində xəstəxanalarda çalışan həkimlər parlamentdə səsverməyə çıxarılan psixi sağlamlıq qanununa qarşı 24 saatlıq etiraz aksiyasına başlayıblar.
Yunanıstan Xəstəxana Həkimləri Federasiyasının və Afina-Pirey Xəstəxanası Həkimləri Assosiasiyasının çağırışı ilə həkimlər psixi sağlamlıq sahəsində dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə reaksiya vermək üçün tətil ediblər.
Həkimlər və narkomaniya ilə mübarizə aparan təşkilatların əməkdaşları Afinadakı Sintaqma meydanına toplaşaraq hökumətə etiraz ediblər.Nümayişçilər iddia edirlər ki, qanun layihəsinin qəbulu psixi sağlamlıq və narkomaniya ilə mübarizəyə dağıdıcı təsir göstərəcək və bu sahələrdə mövcud sistemin daha da pisləşməsinə səbəb olacaq.
Yeni qanun layihəsi Afinada iki dövlət xəstəxanasının bağlanmasını, pulsuz müalicə proqramlarının dayandırılmasını və həkimlərin müxtəlif müəssisə və ya şəhərlərə köçürülməsini nəzərdə tutur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...