Yunanıstanda dənizçilərin tətili keçirilir
Yunanıstanda dənizçilər xəbərdarlıq məqsədilə oktyabrın 22-23-də ikigünlük tətil elan ediblər. Bu tətilə sahilyanı bərələrin, beynəlxalq sərnişin gəmilərinin və kruiz laynerlərinin heyətləri qoşulub.
Fhnews.az xəbər verir ki, Yunanıstan Dəniz Federasiyasının əsas tələbi 2025-ci il üçün kollektiv əmək müqavilələrinin imzalanması və maaşların 12 faiz artırılmasıdır. Lakin işəgötürən şirkətlərlə aparılan danışıqlar uğursuz nəticələnib; çünki onlar maaşların yalnız 3 faiz artırılmasını təklif edib və digər vacib məsələləri müzakirə etməkdən boyun qaçırıblar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...