Yunanıstanda anomal istilər səbəbindən Akropol bağlanıb
Yunanıstanda anomal istilər səbəbindən məktəblərdə məşğələlər dayandırılıb və Afina Akropolu bağlanıb.
Fhnews.az xəbər verir ki, Yunanıstanın hakimiyyət orqanları müəssisələrə işçiləri məsafədən iş rejiminə keçirməyi tövsiyə edib. Həmçinin anomal istilər səbəbindən tibbi işçiləri səfərbər olunub.
Şimali Afrikadan gələn isti hava kütlələri və tozlu küləklər səbəbindən Yunanıstanın bəzi rayonlarında temperaturun 43 dərəcəyə çatacağı gözlənilir. Hazırkı dalğa bu il ölkə ərazisində qeydə alınan ilk anormal istilərdir. Əvvəllər bu cür istilər yayın ortalarında baş verirdi və iyunun 15-dən əvvəl heç vaxt müşahidə olunmurdu.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...