Yunanıstan sahillərində ölü balıq böhranı
Yunanıstanın Volos sahillərinə 100 tondan çox ölü balıq çıxıb. Yayılan pis qoxu bölgədəki turizmə mənfi təsir edib. “VOLOS” Ticarət Palatası tərəfindən edilən açıqlamada, sahil bölgəsindəki ticarət fəaliyyətlərinin son 3 gündə 80 % azaldığı və bəzi müəssisələrin müvəqqəti olaraq qapılarını bağlamaq məcburiyyətində qaldığı ifadə edilib. Yunan mətbuatına açıqlama verən Otelçilər Dərnəyi rəsmiləri yaranan problemin bölgənin imicinə xələl gətirdiyini və məsul şəxslərə qarşı məhkəmə iddiası açaraq təzminat tələb etməyi düşündüklərini bildiriblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...