Yonhap: KXDR Sarı dənizdə yenidən artilleriya təlimlərinə başlayıb
KXDR silahlı qüvvələri üçüncü gündür ki, ardıcıl olaraq ölkənin qərb sahillərində artilleriya təlimləri keçirir.
Fovqaladexeberler.az xəbər verir ki, Yonhap agentliyi bu barədə Koreya Respublikası Silahlı Qüvvələrindəki mənbəyinə istinadla məlumat yayıb.
Artilleriya atışları yerli vaxtla təxminən 16:00-da Sarı dənizdə yerləşən Yonpyondo adası yaxınlığında başlayıb. Mərmilərinin heç biri Seulun faktiki dəniz sərhədi hesab etdiyi Şimal Sərhəd Xəttini keçməyib. Buna baxmayaraq, Cənubi Koreya ordusunun adadakı bölməsi cavab tədbirləri görür. Hakimiyyət orqanları sakinləri ehtiyatlı olmağa çağırıb.
Koreya Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin məlumatına görə, KXDR-in sahil artilleriyasının yanvarın 5-də və 6-da həyata keçirdiyi təlimlərdə müvafiq olaraq 200 və 60 mərmidən istifadə edilib.
2018-ci il sentyabrın 19-da imzalanan Koreyalararası saziş dəniz bufer zonasında şərti hədəflərə atəş açılmasını qadağan edir. Seul sazişin bəzi müddəalarının icrasını dayandırdıqdan sonra Pxenyan razılaşmadan tamamilə çıxdığını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...