Yonhap: ABŞ iki Koreya arasında toqquşma təhlükəsi görmür
ABŞ-ın hakimiyyət orqanları hazırda KXDR-dən birbaşa təhdid əlamətləri görmür.
Fhnews.az xəbər verir ki, Yonhap agentliyi bu cavabı “The New York Times” qəzetinin iddialarına münasibət bildirməsini xahiş etdiyi Amerika hökumətinin nümayəndəsindən alıb.
“Hazırda birbaşa təhlükə əlamətləri görünməsə də, biz KXDR-in Koreya Respublikası və Yaponiyaya qarşı hərbi əməliyyat risklərini izləməyə davam edəcəyik”, - deyə agentliyin həmsöhbəti bildirib.
Bir müddət öncə “The New York Times” qəzeti öz mənbələrinə istinadla KXDR-in Seula qarşı getdikcə artan düşmənçilik ritorikası fonunda yaxın aylarda Cənubi Koreyaya qarşı hərbi əməliyyatlara başlaya biləcəyini yazıb.
Dekabr ayında Şimali Koreya lideri Kim Çen In Pxenyanın artıq Koreya yarımadasının sülh yolu ilə birləşməsini mümkün hesab etmədiyini vurğulayıb. Onun sözlərinə görə, KXDR zərurət yaranarsa, o cümlədən nüvə silahı vasitəsilə Cənubi Koreyanı özünə tabe etməyə hazır olmalıdır.
Qeyd edək ki, noyabrın 21-də Şimali Koreya öz kəşfiyyat peykini orbitə çıxarıb. Buna cavab olaraq, noyabrın 22-də Koreya Respublikası gərginliyi azaltmaq üçün Koreyalararası razılaşmanı qismən dayandırdığını elan edib. Noyabrın 23-də KXDR Müdafiə Nazirliyi artıq heç bir razılaşmaya əməl etməyəcəyini və sənəddə qadağan olunmuş tədbirlərin tətbiqinə yenidən başlayacağını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...