22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

"Yerin təkinin geoloji öyrənilməsinə dair Dövlət Proqramı" müzakirə edilib

22-10-2024
IMG

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın bu ilin I yarısı üzrə ilkin monitorinq nəticələrinə dair müzakirə keçirilib.

Fhnews.az bu barədə İİTKM-ya istinadən xəbər verir.

Məlumata görə, iclasda Mərkəzin icraçı direktorunun müavini Ayaz Müseyibov, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov, onun müavini Səbinə Cumazadə, baş məsləhətçisi Əbdülrəhim Dadaşov iştirak ediblər. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyinin, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin, “AzərGold” QSC-nin məsul şəxsləri də iclasa qatılıb.

A.Müseyibov aparılan geoloji tədqiqat işlərinin və mineral xammal ehtiyatlarının səmərəli istifadəsinin əhəmiyyətini vurğulayaraq Dövlət Proqramının effektiv icrası ilə bağlı müvafiq addımların atıldığını, işin təşkilinin koordinasiyalı şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq qarşıdakı dövr üzrə əsas prioritetləri qeyd edib.

Görüşdə monitorinq prosesinin tam və effektiv icrasının həyata keçirilməsi məqsədilə Dövlət Proqramının vəzifələrinin icrasına dair növbəti mərhələdə diqqət yetirilməli məqamlar müzakirə edilib. Eyni zamanda, 2024-cü il üçün Tədbirlər Planının icra komponentləri və qiymətləndirmə indikatorları barədə məlumatı əhatə edən təfsilatlı icra planına uyğun həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələrin Azərbaycan Respublikasında mineral xammal ehtiyatlarından səmərəli istifadənin təmin edilməsində əhəmiyyəti vurğulanıb.

Paylaş: