22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yerin maqnit sahəsi barədə yeni məlumatlar əldə edilib

03-10-2024
IMG

Maqnit sahəsi Yer planetində həyatın mövcudluğu üçün vacibdir. Maqnit sahəsi planetimizi kənardan gələn zərərli zərrəciklərdən qoruyur.

Fhnews.az xəbər verir ki, indiyədək alimlər Yerin maqnit sahəsinin 3,5-4 milyard il əvvəl, planet soyumağa başladıqdan sonra formalaşdığını iddia edirdilər. Bu hipotez məhdud biliklərə əsaslanırdı.

Bu günlərdə ictimaiyyətə elan edilmiş tədqiqatlarda isə göstərilir ki, Yerin maqnit sahəsi 3,7 milyard il əvvəl, planetin formalaşmasından qısa müddət sonra yaranıb. Alimlər bu nəticəyə Qrenlandiyada qədim qaya nümunələrini təhlil edərək gəliblər.

İndiyədək mövcud olan hipotezə görə Yerin maqnit sahəsi onun nüvəsi formalaşdıqdan sonra ortaya gəlib. Yeni tədqiqat bu yanaşmanı rədd edir. Lakin planetin maqnit sahəsinin necə yarandığı hələ də sual olaraq qalır. Bununla belə, tədqiqatın Yerdə həyatın yaranmasına dair daha ətraflı məlumat almağa kömək edəcəyi bildirilir.

Tədqiqatın nəticələri “Journal of Geophysical Research” jurnalında dərc olunub.

Paylaş: