22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yerdə yeni asteroid həyəcanı

14-02-2024

2024-BR4 olaraq qeydə alınan asteroid bu gün Yer kürəsinə çox yaxın məsafədən keçəcək.

Fhnews.az “The Economic Times” qəzetinə istinadla xəbər verir ki, diametri 140 ilə 310 metr arasında dəyişən və təqribən bir göydələn ölçüsündə olan səma cismi planetimizə 4,6 milyon kilometr məsafəyədək yaxınlaşacaq.

Katalina Səma Tədqiqat Mərkəzi tərəfindən həftələr əvvəl kəşf edilən 2024-BR4 Apollos adlı asteroidlər kateqoriyasına aiddir. Qlobal Virtual Teleskop Layihəsinin bir hissəsi olan Kelestron robotu vasitəsi ilə çəkilmiş şəkildə astroid Yerdən təqribən 12 milyon kilometr uzaqda olub.

NASA ekspertləri həyəcan üçün heç bir əsas olmadığını bildiriblər.

Paylaş: