Yer kürəsində güclü maqnit qasırğaları davam edəcək
Günəşin Yerə baxan tərəfində planetimizdən dörd dəfə böyük olan AR3576 nəhəng günəş ləkələrindən ibarət çoxluq əmələ gəlib.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, qaralma bölgəsinin eni 200 min kilometrdir.
Günəş ləkələri qrupuna hər biri Yerdən böyük olan ən azı dörd nüvə daxildir. Quruluş o qədər böyükdür ki, onu, hətta Marsdan da görmək mümkündür.
Günəş ləkələri ulduzun səthindəki qaranlıq, daha soyuq ərazilərdir. Onlar tac kütləsinin atılması (CMEs) ilə müşayiət olunan elektromaqnit partlayışları yarada bilər. Günəş partlayışları günəş atmosferində maqnit enerjisi yığıldıqda və güclü elektromaqnit şüalanması kimi buraxıldıqda baş verir.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) alimlərinin fikrincə, güclü maqnit qasırğalarını Yer kürəsində radio rabitəsində ciddi fasilələr yarada və peyklərin işini poza bilər. Güclü maqnit qasırğalarının bir neçə gün davam edəcəyi vurğulanır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...