22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yer kürəsində daha bir gizli təbəqə ola bilər

29-09-2024
IMG

Yeni araşdırma Yerin daha bir gizli qatının ola biləcəyini ortaya çıxarıb. Müvafiq olaraq, Yerin daxili nüvəsinin dərinliklərində başqa bir nüvə ola bilər. Bu o deməkdir ki, Yerin tarixində bəlkə də iki ayrı soyutma hadisəsi baş verib. Ekspertlərin fikrincə, bu kəşf dərsliklərin yenidən yazılmasını tələb edə bilər. Yerin geoloji tarixi onun mürəkkəb təbəqələri daxilində yazılıb. Tədqiqatlar göstərir ki, Yerin keçmişində bu tarixin az bilinən hissələri var.

Avstraliya Milli Universitetinin geofizika professoru Coan Stivenson 2021-ci ildə Yerin quruluşunu belə təsvir edib: “Ənənəvi olaraq bizə Yerin dörd əsas təbəqədən ibarət olduğu öyrədilir: qabıq, mantiya, xarici  və daxili nüvə”…

Yerin xarici qabığının altında nələr olduğuna dair məlumatımız əsasən vulkanların aşkar etdikləri və seysmik dalğaların məlumatlarından əldə edilir. Bu dolayı müşahidələrdən elm adamları hesablayıblar ki, temperaturu 5 min dərəcədən çox olan qızmar isti daxili nüvə Yerin ümumi həcminin yalnız 1 faizini təşkil edir. Lakin bir neçə il əvvəl Stivenson və onun həmkarları Yerin daxili nüvəsinin əslində iki ayrı təbəqədən ibarət ola biləcəyinə dair sübutlar tapıblar. Bu, Yer tarixində iki ayrı soyutma hadisəsinin baş verdiyi anlamına gələ bilər.Bu tapıntılar bəzi eksperimental sübutların nə üçün Yerin quruluşunun hazırkı modellərimizlə uyğun gəlmədiyini izah edə bilər.

Paylaş: