22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yeni Zelandiyada qəribə bulud yenidən peyda olub

30-10-2024
IMG

NASA-nın peyki   Yeni Zelandiyanın Cənubi Adasında yenidən peyda olan "Taieri Pet" adlı qəribə formalı bulud çəkib. Peyk fotoşəkilləri qayalıq dağ silsiləsi boyunca uzanan uzun qəribə buludları göstərir. Açıqlamada siqar şəkilli bu qəribə buludun altocumulus lentikulyar yüksələn bulud adlandırıldığı və küləklərin dağ silsiləsi kimi sıldırımlı maneə ilə qarşılaşması nəticəsində əmələ gəldiyi bildirilib.

NASA görüntüləri belə dəyərləndirib : "Taieri Pet" Yeni Zelandiyanın Cənubi Adasının cənub hissəsindəki xüsusi hava şəraiti və topoqrafiyasının məhsuludur." 

Külək məcburən dağların üzərində əsdikdə atmosferdə dalğa yaradır və dalğanın yuxarı hissəsində hava soyuduqca onun tərkibindəki su buxarı qatılaşaraq belə buludlara çevrilir. Bu buludlar müəyyən edilmiş kənarları ilə yaxşı formada görünür. Yerdəki müşahidəçilər bunları haradasa asılmış “böyük pancake yığını” və ya “boşqab yığını” kimi görə bilərlər. Bu, onun uçan boşqabla səhv salınmasına səbəb ola bilər.

"Onlar elmi fantastikadakı uçan boşqabların ənənəvi formasına çox bənzəyir və əsl lentikulyar buludların dünyada UFO müşahidələri üçün ən çox yayılmış izahatlardan biri olduğuna inanılır"- deyə Böyük Britaniyanın “Met Office” bildirir.

Yeni Zelandiyanın Cənubi adasında şimal-qərbdən güclü küləklər demək olar ki, perpendikulyar şəkildə uzanan sıldırımlı, düz zirvəli Qaya və Sütun silsiləsi üzərində əsir.Bulud bu dalğanın zirvəsində əmələ gəldikdə, o, səmada demək olar ki, sabit qalır və onun içindən əsən güclü küləklər nəticəsində formalaşır.

Bu buludların olması həm də atmosferin yüksək hissələrində güclü küləklərin əsdiyini göstərə bilər.

Meteoroloqlar bunun Taieri Pet ətrafındakı şəraitin güclü külək axınları və şiddətli turbulentliklə aviasiya təhlükələri yarada biləcəyinə dair xəbərdarlıq əlaməti ola biləcəyini deyirlər.

Paylaş: