22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yeni Zelandiyada okeanlarda suyun temperaturu ən yüksək həddə çatıb

10-07-2024
IMG

Yeni Zelandiyada okean və sahillərdə suyun temperaturu 1982-ci ildə qeydə alınmağa başladığı gündən bəri 2022-2023-cü illərdə ən yüksək səviyyəyə çatıb. 

Yeni Zelandiyanın “Stats NZ” statistik agentliyi 1982-2023-cü illər üçün okean və sahil sularının temperaturu haqqında məlumatları yeniləyib.Yeni Zelandiya Milli Atmosfer və Su İnstitutundan  alınan  məlumatlar, temperaturların qeydə alınmağa başladığı 1982-ci ildən bəri ən yüksək illik temperatur səviyyəsinə çatdığını göstərib.

Bildirilib ki, 1982-ci ildən bəri okean səthinin temperaturu hər 10 ildən bir 0,16-0,26 dərəcə, sahil sularında isə 0,19-0,34 dərəcə artıb.

Məlumatlar həmçinin göstərir ki, dəniz suyunun uzun müddət qeyri-adi şəkildə istiləşdiyi dövrlərə aid olan “dəniz isti dalğaları" da yeni səviyyələrə çatıb.Avstraliya və Yeni Zelandiya arasındakı Tasman dənizi 2022-ci ildə təxminən 60 % , şimal-qərb adaları isə  89 % isti hava dalğasına məruz qalıb.

Paylaş: