Yeni Zelandiya Yeni Kaledoniyadan 300-dən çox insanı təxliyə edib
Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yeni Kaledoniyadan 300-dən çox insanı təxliyə edib.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters repatriasiya reyslərindəki sərnişinlər arasında əcnəbilərin də olduğunu bildirib.
U.Peters qeyd edib ki, Yeni Zelandiya Hərbi Hava Qüvvələrinin yeddi reysi Numea şəhərindən Oklendə 225 Yeni Zelandiya vətəndaşı və 145 əcnəbi daşıyıb: “Fransa və Yeni Kaledoniya hakimiyyət orqanları icazə verən kimi biz vətəndaşlarımız və kömək istəyən xarici vətəndaşlar üçün (evakuasiya) uçuşlar təşkil etdik”.
O, həmçinin bildirib ki, evinə qayıtmaq istəyən Yeni Kaledoniya sakinləri eyni reyslərlə Numeaya göndərilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...