22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yeni tədris ilinin başlanması münasibətilə DSX-nin Xüsusi Məktəbində tədbir təşkil olunub

17-09-2024
IMG

Yeni tədris ilinin başlanması münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə peşəkar sərhədçi kadrların yetişdirilməsində mühüm rol oynayan hərbi təhsil ocağının tarixinə qısa nəzər salınıb, tədrisin təşkilinin təkmilləşdirilməsindən, maddi-texniki bazanın möhkəmləndirilməsindən ətraflı söhbət açılıb.

Bildirilib ki, respublikamızda təhsilin inkişafı üçün çox əhəmiyyətli işlər görülür, yeni nailiyyətlər əldə edilir. Bu işlərin təməlində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə, gəncliyə olan diqqəti, gələcəyə olan məqsədyönlü siyasəti dayanır.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin tapşırıqlarına əsasən Xüsusi Məktəbdə təhsil alan kursantların intellektual, hərbi-texniki bilik səviyyələrinə, dünya görüşlərinə, etiket və nəzakət qaydalarına diqqət yetirilir, onların sərhədçi ruhunda tərbiyə olunmasına xüsusi əhəmiyyət verilir.

Xüsusi Məktəbin kursantlarının dövlətimiz üçün lazımlı kadrlara, mətin, mübariz, cəmiyyətdə xüsusi nüfuz və hörmətə layiq olan sərhədçi zabitlərə çevriləcəkləri, onların intizamı, hərbi xidmətə məsuliyyətli münasibəti sayəsində sərhədlərimizin toxunulmazlığının daim təmin olunacağı qürur hissi ilə qeyd edilib.

Valideynlər təhsil ocağına baxış keçirərək kursantlar üçün yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Onlar övladlarına tədrisə məsuliyyətlə yanaşmağı, nümunəvi davranış, yüksək nizam-intizam sərgiləməyi tövsiyə ediblər.

Paylaş: