22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yeni kütləvi qırılma başlayıb: Köçəri heyvanların 22%-i məhv olmanın bir addımlığında

14-02-2024

Köçəri heyvanlar - dəniz tısbağalarından tutmuş fillərə qədər qidalanmaq, ya çoxalmaq üçün yüzlərlə kilometr yol qət edirlər. Bu gün onların beşdə birinin nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

Bu barədə Vəhşi Heyvanların Köçəri Növləri Haqqında Konvensiyanın (CMS) nəşr etdiyi yeni hesabatdan məlum olub.

“Dünyanın Köçəri Növlərinin Vəziyyəti” adlı sənədə əsasən vəziyyət kritik həddədir, günahkar isə insanlardır.

Hesabatda göstərilir ki, qorunmağa ehtiyacı olduğu müəyyən edilən 1180 heyvan növündən 260 növü (22%) təhlükə altında, 520 növün (44%) populyasiyası isə tənəzzül mərhələsindədir.

Əbədi itirmək riski ilə üzləşdiyimiz köçəri heyvanların siyahısına heyrətamiz növlər, o cümlədən Hoksbill tısbağası, dişli çəkic başlı köpəkbalığı, Avropa ilanbalığı, Şimal hamar balina və s. daxildir.

Tədqiqatçılar hesab edirlər ki, əsas səbəblər qeyri-qanuni ovla yanaşı, miqrasiyanı qeyri-mümkün edən körpülər və yollar kimi fiziki maneələrdir. Bu infrastrukturlar onların nəslinin kəsilməsinə gətirib çıxarır. Bununla belə, okeanda səs (dəniz nəqliyyatı, neft və qaz yataqları, hərbi radarlar) kimi qeyri-maddi maneələr də var ki, bu da köç edən heyvanların yaşayışını çətinləşdirir.

Xatırladaq ki, alimlər 2050-ci ilə qədər Yer kürəsində heyvanların altıncı kütləvi məhv olmasının baş verə biləcəyi, hətta bəzi növlərin demək olar ki, 40%-nin məhv olacağı barədə xəbərdarlıq ediblər.

Paylaş: