22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yeni epidemiya qorxusu: Dəvə qripi hər üç adamdan birini öldürür

20-02-2024

Mütəxəssislər son dərəcə yoluxucu Yaxın Şərq Tənəffüs Sindromu (MERS) səbəbindən 2 nəfərin öldüyünü, 2 nəfərin isə yoluxduğunu açıqlayıb. Ölüm nisbəti 36 %  olan dəvə qripi səbəbindən yeni epidemiya qorxusu var. Xəstəliyə yoluxma hallarının üçdə biri ölümlə nəticələnir.

Ümumdünya Səhiyyə Təşkilatı Səudiyyə Ərəbistanında 13 avqust 2023-cü il və 1 fevral 2024-cü il tarixləri arasında iki kişi və iki qadına "dəvə qripi" diaqnozunun qoyulduğunu bildirib.

Adətən yoluxmuş dəvələrdən keçdiyi üçün tez-tez dəvə qripi adlandırılan virusmyoluxmuş insanların təxminən 36 %-nı və ya üçdə birindən çoxunu öldürür. 

Bütün yoluxmuş şəxslər qızdırma, öskürək və nəfəs darlığı kimi tipik simptomlar keçiriblər. İki ölüm hadisəsi  oktyabr və dekabr aylarında qeydə alınıb. 

Qeyd edək ki, MERS nisbətən yeni xəstəlikdir və ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında aşkar edilib. O vaxtdan bəri 2.200 yoluxma faktı və 939 ölüm qeydə alınıb.

Xəstəliklərin əksəriyyəti Ərəbistan yarımadasında qeydə alınsa da, 2018-ci ildə Böyük Britaniyada da aşkarlanıb. Virus soyuqdəymədən tutmuş Ağır Kəskin Tənəffüs Sindromuna (SARS) qədər xəstəliklərə səbəb ola bilən koronavirus ailəsinin bir hissəsidir.

Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ildə kovid epidemiyası başlayandan bəri MERS hallarının əhəmiyyətli dərəcədə azaldığını söylədi. ÜST covid virusu və ya peyvəndin MERS-ə qarşı əlavə qorunma təmin edə biləcəyini təklif edib.

Alternativ olaraq karantin zamanı maskaların taxılması və sosial məsafənin qorunması kimi virusun qarşısının alınması tədbirləri də yoluxma hallarını azalda bilər.

Paylaş: