Yeni Dehlidə tüstü səbəbindən 200-dən çox aviareys təxirə salınıb
Yeni Dehlini bürüyən tüstü dumanı səbəbindən İndira Qandi adına Beynəlxalq Hava Limanında 200-dən çox aviareys təxirə salınıb.
Fhnews.az Hindistan mediasına istinadla xəbər verir ki, Yeni Dehlidə havanın çirklənməsi pik həddə çatıb. Aeroport administrasiyası sərnişinlərə qatı tüstü ilə bağlı yarana biləcək problemlər, həmçinin təyyarələrin uçuş və enişlərində gecikmələr barədə xəbərdarlıq edib.
Hindistanın paytaxtı hər il noyabr-dekabr aylarında havanın keyfiyyətinin kəskin pisləşməsi ilə üzləşir. Buna qonşu ştatlarda məhsul yığımından sonra fermerlərin quru otları yandırması səbəb olur. Nəticədə tüstü dumanı alçaqda yerləşən şəhəri bürüyür. Həkimlər belə şəraitdə sakinləri küçəyə çıxmamağa və ya qoruyucu maskalardan istifadə etməyə çağırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...