Yeni beyin çipi 91 % uğurlu olub
İsveçrənin “Ecole Polytechnique Federale de Lausanne” şirkətinin tədqiqatçıları Neuralink cihazlarından daha kiçik və daha az enerji tələb edən beyin çipi hazırlayıblar.
Beyin-kompüter interfeysləri beyindəki elektrik siqnallarını təhlil edir və onları mətn kimi çıxışlara çevirir. Bu yolla ALS və ya motor bacarıqlarının başqa bir zədəsi olan insanların dünya ilə ünsiyyət qurması mümkündür.
Miniatür beyin-maşın interfeysi adlanan cihaz ümumi sahəsi 8 kvadrat millimetr olan iki nazik çipdən ibarətdir.
Cihaz hərf və ya söz yazarkən yaranan sinir siqnallarını oxumaqla işləyir. Beyinə yerləşdirilən elektrodlar əl yazısının motor hərəkətləri ilə əlaqəli sinir fəaliyyətini qeyd edir. Daha sonra bu siqnalları anında emal edən çiplər beynin nəzərdə tutduğu əl hərəkətlərini rəqəmsal mətnə çevirir.Tədqiqatçılar beyin hər hərfi yazmağı düşünəndə DNC (fərqli sinir kodu) adlı neyron markerlərin işə salındığını görərək enerjiyə qənaət etməyi bacarıblar.Hər hərf üçün minlərlə bayt məlumatı emal etməkdənsə, diqqəti bu DNC-lərə yönəltməklə, mikroçip minimum enerji sərf etməklə tez və dəqiq işləməyi bacarır.
Alimlər deyirlər ki, onların hədəfi hazırda 31 simvolu emal edə bilən MiBMI üçün 100 simvoldur. Hər hərf üçün minlərlə bayt məlumatı emal etməkdənsə, diqqəti bu DNC-lərə yönəltməklə, mikroçip minimum enerji sərf etməklə tez və dəqiq işləməyi bacarır.
Cihaz hələ canlı bir insanda sınaqdan keçirilməyib. Lakin əvvəlki beyin-interfeysi testlərindən toplanmış real vaxt neyron qeydləri ilə qidalanan çip sinir fəaliyyətini faktiki mətnə çevirməkdə 91 faiz dəqiqliyə nail olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...