Yaxın iki gün ərzində ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb
Yanvarın 5 və 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin yanvarın 6-da səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi yanvarın 6-da arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Küləyin maksimal sürəti bəzi yerlərdə saniyədə 25-30 metrə çatacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8-13 dərəcə isti olacaq.
Fovqaladexeberler.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, bölgələrdə də yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz qərb rayonlarından başlayaraq yanvarın 6-sı səhərədək havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, Naxçıvan Muxtar Respublikasında, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarında və Quba-Qusar zonasında yağıntıların intensiv olacağı ehtimal olunur. Yanvarın 6-sı gündüz saatlarından yağıntıların kəsiləcəyi, yanvarın 7-də əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25-30 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə saatlarında 10-15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...