Yaşayış binasının liftində köməksiz vəziyyətdə qalan 1-i azyaşlı olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Z.Bünyadov prospektində çoxmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...