Yaponiyanın “H3” flaqman raketinin növbəti buraxılışı təxirə salınıb
Yaponiyanın “H3” flaqman daşıyıcı raketinin fevralın 15-nə planlaşdırılan ikinci buraxılışı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Fhnews.az Yaponiyanın Kosmos Tədqiqatları Agentliyinə (JAXA) istinadla xəbər verir ki, hava proqnozu barədə məlumatlar dəqiqləşdirildikdən sonra raketin buraxılışının ertələnməsinə qərar verilib. Raket yerli vaxtla fevralın 17-də səhər saat 9:22-də Kaqoşima prefekturasındakı Taneqaşima mərkəzindən buraxılacaq.
Qeyd edək ki, “H2A” raketinin xələfi olan “H3”ün ötən ilin martındakı ilk buraxılış cəhdi ikinci mərhələ mühərrikinin işə düşməməsi səbəbindən uğursuz olmuşdu. JAXA ötən müddətdə bu uğursuzluğun səbəbini araşdırıb və lazımi ölçülər götürüb. “H3” Yaponiyada son 30 ildə hazırlanmış ilk iri raketdir. Yaponiya “H3” raketlərini peyklərin orbitə çıxarılmasını əhatə edən rəqabətli və gəlirli biznesdə istifadə etməyi düşünür. “H3” həm də Yaponiyanın kosmik tədqiqatlarda, o cümlədən Ayın tədqiqində istifadəsi üçün nəzərdə tutulub. Bu tip raketlərin hazırlanması prosesinə 2013-cü ildə başlanılıb. Raketin komponentlərinin istehsalı və yığımını “Mitsubishi” şirkəti həyata keçirir. Onun uzunluğu 63 metr, diametri 5,2 metrdir. Raketin ən iri konfiqurasiyasının start çəkisi 574 tondur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...