Yaponiyanın beş avtomobil istehsalçısının ofislərində axtarış aparılır
“Toyota” da daxil olmaqla, Yaponiyanın iri avtomobil istehsalçılarının baş ofislərində istehsalatda mümkün pozuntularla bağlı axtarışlar aparılır.
Fhnews.az xəbər verir ki, bu barədə Kyodo informasiya agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, axtarışlar ən azı beş Yaponiya avtomobil istehsalçısının, o cümlədən “Toyota” və “Mazda” konsernlərinin mənzil-qərargahlarında aparılır. Nəqliyyat Nazirliyi bu iki şirkətə nəqliyyat vasitələrinin daşınmasını dayandırmaq göstərişi verib.
“Toyota” hadisə ilə bağlı gün ərzində təcili mətbuat konfransı keçirəcəyini açıqlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...