Yaponiyanın Baş naziri: Rusiya və Şimali Koreya dünyada nüvə tərk-silahı ilə bağlı vəziyyətə görə günahkardır
Dünyada nüvə tərk-silahı ilə bağlı vəziyyətin pisləşməsinə görə Rusiya və Şimali Koreya günahkardır.
Fhnews.az xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida parlamentin aşağı palatasının plenar iclasında bəyan edib.
"Rusiyadan gələn nüvə təhlükəsi və Şimali Koreyanın nüvə və raket texnologiyasının inkişafı səbəbindən nüvə tərk-silahı ilə bağlı vəziyyət getdikcə daha ciddi şəkil alır”, - deyə F.Kişida əmin edib ki, Yaponiya nüvəsiz dünya yaratmaq üçün səylərini davam etdirəcək.
Hökumət başçısının sözlərinə görə, bu işdə 2022-ci ildə təqdim olunan “Xirosima Fəaliyyət Planı” adlı konsepsiya əsas götürülə bilər. Konsepsiya, həmçinin nüvə silahına malik dövlətlərdən nüvə materiallarının istehsalının vəziyyəti ilə bağlı məlumatları açıqlamağı tələb edir.
Baş nazir, həmçinin nüvə silahından istifadə etməməyin vacibliyini də vurğulayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...