22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada zəlzələdən sonra 15 min nəfər sığınacaqlarda yaşayır

22-01-2024

Yaponiyanın mərkəzində baş vermiş güclü zəlzələdən üç həftə keçməsinə baxmayaraq, 15 mindən çox insan hələ də İşikava prefekturasındakı təxliyə mərkəzlərində yaşamağa davam edir.

Fhnews.az xəbər verir ki, bəzi təxliyə mərkəzlərində yoluxucu xəstəliklər yayılmağa başlayıb.

Son məlumata görə, Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 232 nəfərə çatıb, 22 nəfərin taleyindən isə hələ də xəbər yoxdur.

Təbii fəlakət, həmçinin 34 mindən çox evin və tikilinin dağılmasına səbəb olub. İnfrastrukturun ciddi zədələnməsi 49 mindən çox evin susuz qalması ilə nəticələnib. Prefekturanın altı şəhərində suyun verilməsi dayandırılıb.

Paylaş: