22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada zəlzələdə ölənlərin sayı 161-ə çatıb

08-01-2024

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161-ə çatıb.

Fhnews.az Yaponiya mediasına istinadla xəbər verir ki, dağıdıcı zəlzələ nəticəsində 500-dən çox xəsarət alan var. İtkin düşənlərin sayı 103 nəfərdir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Yağışlı hava şəraiti axtarış işlərinə mənfi təsir edir.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.

Paylaş: