Yaponiyada zəlzələ
Yaponiyanın cənub-qərbindəki Miyazaki prefekturasının sahillərində 7,1 bal gücündə zəlzələ olub. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Yaponiya Meteorologiya Agentliyinin verdiyi açıqlamada, yerli vaxtla saat 16.43-də ölkənin cənub-qərbindəki Miyazaki əyaləti sahillərində 7,1 bal gücündə zəlzələ olduğu açıqlanıb. Açıqlamada zəlzələnin 30 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Yaponiya hakimiyyəti Koçi və Miyazaki prefekturaları üçün sunami xəbərdarlığı da edib. Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı hələlik məlum deyil.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...