22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada yeni nüvə stansiyasının reaktoru sınaqdan keçiriləcək 

11-02-2024

Yaponiyanın Atom Enerjisi Agentliyi elektrik enerjisinin kəsilməsi halında öz fəaliyyətini dayandıra bilən yeni tip atom elektrik stansiyası reaktorunu sınaqdan keçirəcək.

Fhnews.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.                

Martın sonunda sınaq obyektinə çevriləcək yüksək temperaturlu qazla soyudulan reaktor sınaq zamanı 100% yüklənməyə çatacaq. Onun daxilində temperatur 1000 dərəcə Selsiyə çatacaq. Plana əsasən, reaktorun soyudulması üçün istifadə edilən helium elektrik enerjisi kəsildikdən sonra təbii şəkildə istiliyi yaymağa başlayacaq və bu da obyektin temperaturunun təhlükəsiz şəkildə aşağı düşməsinə səbəb olacaq.

Qeyd edək ki, təcrübə nəzarət edilən şəraitdə aparılacaq və tədqiqatçılar fövqəladə vəziyyətdə onu dayandıra biləcəklər.

Paylaş: