Yaponiyada uzunömürlülərin sayı 95 mini ötüb
Yaponiyada uzunömürlü insanların sayı 95 mini ötərək, yeni rekord müəyyən edib.
Fhnews.az xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi açıqlama yayıb. Bildirilib ki, ölkə üzrə yaşı 100 və daha yuxarı sakinlərin sayı 95 min 119 nəfərə çatıb. Uzunömürlü insanların 88 faizini qadınlar təşkil edir.
Nazirliyin açıqlamasına görə, uzunömürlülərin sayı əvvəlki illə müqayisədə 2 min 980 nəfər artıb. Ümumiyyətlə, Yaponiyada ardıcıl 54 ildir uzunömürlülərin sayında rekord qeydə alınır. Hazırda Yaponiyanın ən uzunömürlü vətəndaşı isə 116 yaşlı xanım İtooka Tomikadır. Ən yaşlı kişi 110 yaşlı Mizuno Kiyotakadır.
Qeyd edək ki, Yaponiya uzunömürlülər diyarı kimi tanınır. Əgər 1963-cü ildə ölkədə yaşı 100-dən çox olan 153 nəfər var idisə, 1981-ci ildə bu rəqəm 1000-i, 1998-ci ildə 10 mini ötüb. Ekspertlər yaponların çox yaşamasının sirrini sağlam qidalanmada və aktiv həyat tərzində görürlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...