Yaponiyada tayfun səbəbindən uçuşların təxirə salınması 120 mindən çox insana təsir edib
Yaponiyada "Ampil" tayfunu səbəbindən uçuşların təxirə salınması azı 120 min sərnişinə təsir edib.
Fhnews.az xəbər verir ki, bu barədə TBS telekanalı məlumat yayıb.
Avqustun 16-da ləğv edilən reyslərin sayı 850-ni, bu gün isə 70-i ötüb. Cədvəldəki dəyişikliklər əsasən Tokionun Narita və Haneda hava limanlarında uçuşlara təsir edib. Uçuşların ləğvi yaponlar yay tətilindən qayıdarkən baş verib.
Həmçinin avqustun 16-da bəzi sürətli ekspress qatarların hərəkəti dayandırılıb.
"Ampil" tayfununun Yaponiyanın şərq və şimal-şərqindən keçəcəyi gözlənilirdi, lakin o, ölkə sahillərinə çatmayıb və Sakit Okeana tərəf dönüb.
Hazırda tayfun Hokkaydonun cənubunda yerləşir və şimal-şərq istiqamətində hərəkət edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...