22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada sıradan çıxan Onaqava AES yenidən fəaliyyətə başlayıb

13-11-2024
IMG

Bildirilib ki, Yaponiyanın Miyaqi prefekturasındakı Onaqava Atom Elektrik Stansiyası nasazlıq səbəbindən yaranan fasilədən sonra fəaliyyətini bərpa edib.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, 2011-ci ilin martında Yaponiyanın şərqində baş verən dağıdıcı zəlzələ və sunamidən sonra Onaqava Atom Elektrik Stansiyasının 2 nömrəli reaktoru bu gün yenidən işə başlayıb.

Stansiyanın operatoru “Tohoku Electric Power” tərəfindən verilən açıqlamada, keçən ay fəaliyyətə başlayan və noyabrın əvvəlində hissələrindən birində yaranan nasazlıq səbəbindən dayandırılan reaktorun yenidən işə salındığı bildirilib. 

2011-ci il martın 11-də Yaponiyada baş verən 9 bal gücündə zəlzələ və sonrakı sunami Fukusima Dai-içi Atom Elektrik Stansiyasında radioaktiv sızmaya səbəb olmuşdu. Sızıntıdan sonra bölgədə yaşayan on minlərlə insan evlərini tərk etməli olub.

Fukuşima Dai-i Atom Elektrik Stansiyasının şimalında yerləşən Onaqava Atom Elektrik Stansiyası da təhlükəsizlik səbəbi ilə bağlanmışdı.

Paylaş: