Yaponiyada "Şanşan" tayfunu kabusu
Yaponiyada təsirli olan “Şanşan” qasırğası güclü yağışlara və torpaq sürüşməsinə səbəb olub. İlkin məlumata görə, 3 nəfər ölüb, 40 nəfər yaralanıb. “Kyodo News”un məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi rəsmiləri Şanşan qasırğasının ölkənin cənubunda təsirli olduğunu bildirib.
Güclü yağış və küləyin təsirli olduğu Kaqoşima, Kumamoto və Miyazaki əyalətlərində ilkin məlumatlara görə 40 nəfər yaralanıb. Qasırğa səbəbiylə Aiçi əyalətində baş verən sürüşmədə 3 nəfər həyatını itirib. Bölgə sakinlərinə baş verə biləcək təbii fəlakətlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Səlahiyyətlilər bəzi bölgələrdə qatar xidmətlərinin və reyslərin ləğv edildiyini, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyini bildirib.
Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyi dünən Şanşan qasırğası səbəbiylə Kaqoşima bölgəsi üçün təcili xəbərdarlıq edib və qasırğanın sürətinin saatda 250 kilometrə çatacağı barədə məlumat yayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...