Yaponiyada sakuranın rəsmi çiçəkaçma proqnozu açıqlanıb
Yaponiyanın Meteorologiya Korporasiyası 2024-cü ildə sakuranın rəsmi çiçəkaçması üzrə ilk proqnozunu açıqlayıb.
Fhnews.az bu barədə yapon KİV-ə istinadla xəbər verir.
Proqnoza əsasən, Yaponiyanın əksər yerlərində sakuranın çiçəkaçması eyni vaxtda baş verəcək, amma adətən bu proses bəzi rayonlarda bir heçə gün əvvəl də başlaya bilər.
Korporasiya bildirib ki, Tokioda çiçəkaçmanın başlanması martın 23-də olacaq, amma sakura özünün tam çiçəklənməsi dövrünü martın 30-da yaşayacaq.
Kiotoda ilk qönçə həmişə olduğundan üç gün əvvəl – martın 23-də açacaq, amma çiçəkaçmanın pik dövrü aprelin 1-nə təsadüf edəcək. Osakada bu ağacın ilk çiçəkləri martın 25-dı açacaq, Kiotoda olduğu kimi, tam çiçəklənmə aprelin 1-də olacaq.
Yaponiyanın ən şimal prefekturası olan Hokkaydoda sakura ən gec çiçək açacaq. Sapporoda sakura mövsümü mayın 2-nə, tam çiçəklənmə isə qrafik üzrə mayın 6-na təsadüf edəcək.
Bu ölkədə sakuraya heyranlıq ənənəsi “hanami” adlanır və o, adətən çox qısa müddətdə - bir həftədən az davam edir. Amma şimal və cənub prefekturalar arasında iqlim fərqi sayəsində yaponlar çiçəkaçma dövründən iki aydan çox zövq ala bilirlər. Ən məşhur hanami sakuraya tamaşa etmək sayılır, amma Yaponiyada çiçək açan ilk ağac umedir (yapon albalısı). Məhz ondan sonra sakuranın zərif çiçəkləri açmağa başlayır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...