22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada Sakuracima vulkanı püskürüb

15-02-2024

Yaponiyanın cənubundakı Kaqosima körfəzindəki yarımadada Sakuracima vulkanında püskürmə baş verib. “The Japan Times”ın məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi ölkənin cənubunda Sakuracima vulkanının püskürməsindən sonra küllərin 5 min metrə qədər yüksəldiyini bildirib.

Partlayışdan sonra ölən və yaralananların olmadığı, ətrafdakı binalarda dağıntının aşkar edilmədiyi bildirilib.

Kaqoşima Meteorologiya İdarəsi də açıqlamasında vulkanik aktivlik xəbərdarlığının 3-cü səviyyədə saxlandığını açıqlayıb. 

Sakuracima Yaponiyanın ən aktiv vulkanı kimi tanınır və 2016-cı ilin fevral ayından bəri onun kraterə 2 kilometrdən çox yaxınlaşmasına icazə verilmir.

Vulkanın yerləşdiyi yarımada əvvəllər Kaqoşima körfəzi daxilində ayrıca bir ada idi, lakin 1914-cü ildə böyük vulkan püskürməsindən sonra lava şərq sahil xəttini doldurduqda Osumi yarımadası ilə birləşib.

Partlayış Yaponiya tarixində ən böyük vulkan püskürməsi kimi qeydə alınıb.

Paylaş: