22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada qasırğa səbəbindən 650-dən çox aviareys təxirə salınıb

16-08-2024
IMG

Yaponiyaya “Ampil” qasırğasının yaxınlaşması səbəbindən azı 654 aviareys təxirə salınıb.

Fhnews.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Tokionun qonşusu Çiba və Kanaqava prefekturalarının sahilyanı ərazilərindən keçən bir neçə xətdə qatarların hərəkəti dayandırılıb. Bundan əlavə, paytaxt bölgəsində yolların bağlandığı və Tokio körfəzində bərə reyslərinin ləğv edildiyi bildirilib.

Meteoroloqların məlumatına görə, hazırda tropik qasırğanın keçdiyi ərazidə küləyin sürəti 45-60 m/s-ə çatır. Ona “çox güclü” statusu verilib. İnsanlar zərurət olmadıqca çölə çıxmamağa və fövqəladə təxliyə zamanı yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməyə çağırılıb.

Yaxın 24 saat ərzində Yaponiyanın şərqində və şimal-şərqində 200 mm-dən 300 mm-ə qədər yağış yağa bilər. Milli Meteorologiya İdarəsi dağlıq ərazilərdə sürüşmə təhlükəsi barədə xəbərdarlıq edib.

Paylaş: