22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada qasırğa səbəbindən 630-dan çox aviareys təxirə salınıb

30-08-2024
IMG

Yaponiyada "Şanşan" qasırğası səbəbindən 630-dan çox aviareys təxirə salınıb.

Fhnews.az xarici KİV-ə istinadən xəbər verir ki, "All Nippon Airways" 346, "Japan Airlines" 287 reysi ləğv edib.

Hazırda qasırğa cənub-qərbindəki Küsü adasının şimalından şimal-şərq istiqamətində hərəkət edir. Tayfun zonasında küləyin sürəti 23-35 m/s-ə çatır.

Təbii fəlakət zamanı xəsarət alanların sayı 80 nəfəri ötüb, 3 nəfər dünyasını dəyişib. Küsüdə 130 mindən çox ev işıqsız qalıb.

Fəlakətin şiddətinə görə, Tokio və Osaka arasındakı ən işlək xətt də daxil olmaqla, sürətli qatarlar da ləğv edilib.

Paylaş: