Yaponiyada qasırğa səbəbindən 500-ə yaxın aviareys ləğv ediləcək
Avqustun 16-da Yaponiyada “Ampil” qasırğası səbəbindən 500-ə yaxın daxili reys ləğv ediləcək.
Fhnews.azxarici mediaya istinadla xəbər verir ki, JAL aviaşirkəti 191 reysin ləğv edildiyini açıqlayıb. Ölkənin ikinci ən böyük aviadaşıyıcısı ANA tərəfindən ən azı daha 280 reys ləğv edilib.
Ölkənin şərqində və şimal-şərqində bir neçə xətt üzrə qatarların hərəkətinin dayandırılması istisna etmir.
Meteoroloqların məlumatına görə, qasırğa avqustun 16-da səhər saatlarında Yaponiyanın paytaxtına yaxınlaşacaq. Hazırda tropik qasırğanın keçdiyi ərazidə küləyin sürəti 30-45 m/s-ə çatır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...