Yaponiyada yeni doğulanların sayı 1969-cu ildən bəri ən aşağı səviyyəyə düşüb
Şərqi Asiya ölkəsi Yaponiyada ilin ilk 6 ayında yeni doğulan körpələrin sayı ardıcıl son 3 ildə 400 mindən aşağı qalıb.Yaponiya hökuməti ilin birinci yarısında yeni doğulanların sayının son 55 ildə ən aşağı səviyyəyə enməsini olduqca kritik qiymətləndirib.
Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin yenilənmiş məlumatlarına görə, yanvar-iyun ayları ərzində doğum sayı 350 min 74 olaraq qeyd edilib. Bu dövrdə ölənlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 % artaraq 811 min 819 olub ki, bu da son 55 ilin ən yüksək göstəricisidir.
Önümüzdəki 6 ili “Yaponiyanın son şansı” kimi qiymətləndirən Səhiyyə, Əmək və Rifah Naziri Takemi Keizo bildirib ki, doğum nisbətlərinin azalması üçün təsirli tədbirlər və bunların necə həyata keçiriləcəyi barədə daim düşünürük.Milli Əhali və Sosial Təminat Araşdırma İnstitutu 2035-ci ildə yeni doğulanların sayının 760 mindən aşağı düşəcəyini proqnozlaşdırmışdı.Sözügedən proqnoz gözləniləndən 12 il əvvəl gerçəkləşdi.
Nazirliyin məlumatına görə, ölkədə yeni doğulanların illik sayı ilk dəfə 2022-ci ildə 800 mindən aşağı düşüb, 2023-cü ildə isə 758 min 631-ə düşüb.Yeni doğulanların sayı 1949-cu ildə 2,69 milyon ilə ən yüksək həddə çatarkən, 1973-cü ildə bu rəqəm 2,09 milyon, 1983-cü ildə isə 1,5 milyon olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...