Yaponiyada “Ampil” qasırğası ilə əlaqədar 497 aviareys ləğv edilib
Yaponiyada sabahdan etibarən başlayacaq "Ampil" qasırğası ilə əlaqədar həyəcanlı vəziyyət elan edilib. Ölkədə ən azı 497 aviareys ləğv edilib.Yaponiyanın Kanto və Tohoku bölgələri başda olmaqla ölkənin müxtəlif bölgələrinə təsir edəcəyi gözlənilən “Ampil” qasırğası ölkədə ciddi həyəcan yaradıb. Yaponiya Meteorologiya Agentliyinin verdiyi şiddətli yağış və tufan xəbərdarlığından sonra sabaha planlaşdırılan ən azı 497 reys ləğv edilib. Dəmir yolu operatoru Mərkəzi Yaponiya Dəmiryolu sabah Tohoku, Joetsu, Hokuriku və Yamaqata yüksək sürətli qatar xətlərində xidmətlərin qismən dayandırılacağını açıqlayıb.
Tokaido yüksək sürətli qatar xəttindəki Naqoya və Tokio stansiyaları arasındakı xidmətlər sabah tədbir olaraq dayandırılacağı halda, ölkə daxilində bir çox yerli qatar xəttində fasilələrin olacağı bildirilib. Bu gün günorta saatlarından etibarən “Ampil” qasırğasının Tokionun 287 kilometr cənubunda yerləşən Hachico adasının sahillərindən şimala doğru irəlilədiyini açıqlayan Yaponiya Meteorologiya Agentliyi Kanto və Tohoku bölgələri ilə yanaşı İzu adalarında da güclü yağış və küləyin gözlənildiyini açıqlayıb. Səlahiyyətlilər tayfunun sahilə çıxacağı təqdirdə küləyin sürətinin avtomobilləri və elektrik dirəklərini aşıracaq səviyyəyə çata biləcəyi barədə xəbərdarlıq edərək, daşqın, çay daşqınları və torpaq sürüşmələrinə hazırlıq görməyə çağırıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...