Yaponiyada istehsal edilən robot zəka kubu rekordu qırıb
Yaponiyada robot Rubik kubunu ən qısa müddətdə həll edərək yeni dünya rekordu qırıb.
Ginnesin Rekordlar Kitabı “Mitsubishi Electric”in maşınının 0,305 saniyə vaxtını təsdiqləyərək, əvvəlki rekordu 0,075 saniyə geridə qoyub. Robotun həll etmə müddəti keçən ilin iyununda Kaliforniyada keçirilən Rubik kubunun sürətli həlli tədbirində qeydə alınan ən yaxşı insan rekordundan 10 dəfə daha sürətli olub.
Koreya əsilli amerikalı Maks Parka 3x3x3 ölçülü fırlanan tapmaca kubunu həll etmək üçün cəmi 3,13 saniyə lazım olub. O, özündən sonra ən sürətli adamın rekordunu saniyənin üçdə birindən çoxu ilə qırıb.
Robotun əldə etdiyi 0,305 saniyə insanın gözünü qırpması üçün tələb olunan vaxta təxminən bərabərdir. Son rekord son illərdə robototexnika sahəsində əldə edilən köklü irəliləyişləri əks etdirir. 2009-cu ildə Rubik kubunu həll edən robot üçün dünya rekordu bir dəqiqə 4 saniyə olub.
“Mitsubishi Electric” şirkəti robotun kubu cəmi 0,009 saniyəyə 90 dərəcə döndərməsinə imkan verən kompakt, yüksək güclü, siqnala həssas servo mühərriklərdən istifadə etməklə bu uğura nail olduğunu deyir.
Qeyd edək ki, 1974-cü ildə macar professor Erno Rubik tərəfindən ixtira edildiyi vaxtdan Rubik kubu beynəlxalq səviyyədə tanınan oyunlardan birinə çevrilib.
Dünya miqyasında yarım milyarddan çox satılan Rubik kubu bütün dünyada məşhur olaraq qalır və "Rubik kubunu necə həll etmək olar" sualı son illərdə Google-da ən çox axtarılan axtarışlardan biridir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...