Yaponiyada İkinci Dünya Müharibəsindən qalma bomba partladı
Yaponiyanın Miyazaki hava limanında səhər saatlarında baş verən partlayışa müharibə dövründən qalma ABŞ istehsalı olan 227 kiloqramlıq bombanın səbəb olduğu müəyyən edilib. İkinci partlayış riskinin olmadığı bildirilib və sabah hava limanının yenidən fəaliyyətə başlayacağı açıqlanıb.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi mövzu ilə bağlı verdiyi açıqlamada hadisə yerində texniki araşdırmaların davam etdiyini bildirib və ikinci partlayış riskinin olmadığını deyib. Miyazaki hava limanının təmir işləri başa çatdıqdan sonra sabah səhər saatlarından etibarən yenidən fəaliyyətə başlaması gözlənilir. Miyazaki Hava Limanı rəhbərliyi hadisə ilə əlaqədar bu günə planlaşdırılan 66 reysin ləğv edildiyini açıqlayıb.
Daha əvvəl Miyazaki hava limanında müharibə dövründən ABŞ istehsalı olan sursatların tapıldığı öyrənilib.
Xatırladaq ki, Yaponiyanın Miyazaki hava limanının uçuş-enmə zolağı ilə perron arasında yerləşən taksi yolu hissəsində yerli vaxtla saat 08:00 radələrində partlayış baş verib. Səbəbi məlum olmayan partlayışdan sonra diametri 7 metr, dərinliyi 1 metr olan çuxurun əmələ gəldiyi açıqlanıb.
Ölən və yaralananların olmadığı hadisədən sonra uçuşlar dayandırılıb. Partlamamış hərbi sursat şübhəsi ilə hadisə yerinə Yaponiya özünümüdafiə qüvvələrinin bomba mütəxəssisləri göndərilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...