22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada güclü sunami təhlükəsi ləğv edilib

02-01-2024

Yaponiyanın bir sıra prefekturalarında güclü sunami təhlükəsi ləğv edilib.

Fovqaladexeberler.az xəbər verir ki, bu barədə yerli NHK telekanalı Yaponiya Meteorologiya Agentliyinin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, bununla yanaşı, ölkədə zəlzələ nəticəsində yaranan sunami təhlükəsi hələ də qalmaqdadır. Xəbərdarlıq Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarının sakinləri üçün aktualdır.

Seysmoloqların fikrincə, Honsyu adasının şimal-qərb sahillərində dalğaların hündürlüyü üç metrə çata bilər. İşikava və Saqanın bəzi ərazilərində dalğanın hündürlüyü 1-2 metrdən çox olmayan sunami qeydə alınıb.

Meteoroloji qurum vətəndaşlara ehtiyatlı olmağı, sahil və çaylardan uzaq durmağı, müvəqqəti olaraq təhlükəsiz ərazilərə təxliyəni tövsiyə edir.

Yanvarın 1-də Yaponiyanın qərbində güclü zəlzələlər baş verib. İşikava və Niiqata prefekturalarında maqnitudası 7,4-ə çatan bir neçə təkan olub. Təxminən 30 nəfər yaralanıb, 4 nəfər ölüb.

Etiketlər:
Paylaş: